ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər
Tarix: 18-12-2023 23:12 | Bölmə: Dünya
ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər

Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

"Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq", - Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}