18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
HƏMAS hücumlar bitənə qədər girovları azad etməyəcək
Tarix: 20-12-2023 12:07 | Bölmə: Dünya
HƏMAS hücumlar bitənə qədər girovları azad etməyəcək

“İsrail ABŞ-ın köməyi ilə bütün fələstinliləri Qəzzadan çıxarmağa çalışır, amma onlar bu işdə uğur qazana bilməyəcəklər”.

Reyting.az
xəbər verir ki, bunu HƏMAS-ın Livandakı yüksək səviyyəli rəsmisi Usamə Həmdan deyib.

U. Həmdan iddia edir ki, İsrail və onun müttəfiqi Amerikanın məqsədi bu hücumlarla Qəzzanı yaşayış üçün yararsız yerə çevirməkdir: “Onlar bununla əhalinin məcburi köçkünlüyünü asanlaşdırmaq istəyirlər. Lakin biz ona, Amerikanın müharibə naziri və tərəfdarlarına deyirik ki, məqsədlərinə çata bilməyəcəklər”.

HƏMAS nümayəndəsi həmçinin Qəzzada hücumlar bitənə qədər heç bir girovu azad etməyəcəklərini bir daha vurğulayıb.

ABŞ-ın uğursuz hərbi təcrübələrinə toxunan Həmdan İsrailin də oxşar sonunu yaşayacağına eyham vurub. “Bu, məsələn, Vyetnamda olduğu kimi qələbə təcrübəsidirmi? Yoxsa Əfqanıstandakı kimi iyirmi illik müharibədən sonra qələbə təcrübəsidir? Qaçmaq, məyus halda qaçmaq? ABŞ-ın yeganə təcrübəsi qadınların və uşaqların öldürülməsi, evlərin, xəstəxanaların və məktəblərin dağıdılmasıdır”, - deyə Həmdan əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}