Afrikadan Ukrayna ilə döyüşə muzdlu əsgərlər daşınır
Tarix: 25-12-2023 17:49 | Bölmə: Dünya
Afrikadan Ukrayna ilə döyüşə muzdlu əsgərlər daşınır

Ruslar Ukraynadakı müharibə üçün başqa qitələrdə muzdlu əsgərlər axtarır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Qeyd olunur ki, hazırda Kursk vilayətində işə qəbul kampaniyası aparılır və bu kampaniya zamanı “Afrika Korpusu” adlandırılan qurumu doldurmaq üçün 50-dən 100-ə qədər əsgər və zabitin cəlb edilməsi planlaşdırılır. O, Afrikada fəaliyyət göstərən, lakin “SVO” adlandırılan zonaya göndərilən “Vagner” muzdlularını əvəz etmək üçün yaradılıb.

“Kontingentin Burkina-Faso ərazisinə yerləşdirilməsi planlaşdırılır və muzdluların əsas fəaliyyəti yerli kadrların hazırlanması və Ukraynaya qarşı müharibəyə göndəriləcək yerli muzdluların yeni dalğalarının hazırlanması olacaq”, - deyə Ukrayna Milli Mərkəzin məlumatında deyilir.

Xatırladaq ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya xarici vətəndaşları öz sıralarına cəlb etməyə yönəlmiş bir sıra qanunlar qəbul edib. Vladimir Putin qoşunlarının Ukraynaya hücumundan qısa müddət sonra keçirilən təhlükəsizlik toplantısında Kremlin Rusiya tərəfində döyüşməyi planlaşdıran əcnəbilərə kömək etməli olduğunu deyib.

Xüsusilə, rusların kütləvi şəkildə Kubadan Ukraynaya qarşı müharibəyə muzdlu əsgərlər cəlb etdiyi bildirilir. Xaricilər əsasən Şərq cəbhəsinə cəlb olunur. Rusiya Ukraynadakı müharibəyə serbləri də cəlb edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}