20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Parlament kiberhücuma görə fəaliyyətini dayandırıb
Tarix: 26-12-2023 19:36 | Bölmə: Dünya
Parlament kiberhücuma görə fəaliyyətini dayandırıb

Hakerlər Albaniya parlamentinin məlumat bazasına daxil olub, onu məhv etməyə çalışırlar.

Reyting.az
xəbər verir ki, bu barədə çərşənbə axşamı Albaniya parlamenti məlumat yayıb.

Bildirilir ki, parlament kiberhücuma məruz qaldığı üçün işini müvəqqəti dayandırıb.

Parlamentin bəyanatında bazar ertəsi baş verən kiberhücumun “sistem məlumatlarına təsir etmədiyi” və ekspertlərin hücumun hansı təsirə malik ola biləcəyini müəyyən etmək üçün çalışdıqları qeyd edilib.

Yerli media xəbər verir ki, bazar ertəsi ölkənin mobil telefon operatoru və bir aviaşirkət də iranlı hakerlərin “Vətən ədaləti” adlı kiberhücumlarına məruz qalıb.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında da Albaniya kiberhücuma məruz qalıb, hökumət və beynəlxalq texnologiya şirkətləri bu məsələyə görə İran Xarici İşlər Nazirliyini ittiham ediblər. Ehtimal olunur ki, Albaniyanın İranın müxalifət qruplaşmasına - “İran Xalq Mücahidləri”nin üzvlərinə sığınacaq verməsi qisas cəhdinə əsas səbəbdir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi Albaniya hökumətinin internet saytlarına edilən hücumun arxasında Tehranın olduğunu təkzib edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər