20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyaya dəstək verən ölkəyə maliyyə yardımı dayandırılır
Tarix: 06-01-2024 10:16 | Bölmə: Dünya
Rusiyaya dəstək verən ölkəyə maliyyə yardımı dayandırılır

İsveç hökuməti Rusiyanın təcavüzünə verdiyi dəstəyə görə Maliyə maliyyə yardımını dayandırır.

Reyting.az
xəbər verir ki, bunu İsveçin beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Yuqan Forssel bildirib.

Məlumata görə, İsveçin belə bir qərar verməsinə səbəb BMT-nin Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmasını tələb edən qətnamələrin əleyhinə Malinin səs verməsidir.

“Malinin hərbi xuntası Rusiya ilə birləşir və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyir”, - deyə nazir bildirib.

Xatırladaq ki, son 10 il ərzində İsveç Maliyə inkişaf üçün 3,5 milyard SEK-dən çox yardım göstərib. İndi onlar demokratik olmayan, dünya düzəninə qarşı çıxan dövlətlərə və ya aktyorlara yardım etmək istəmirlər.

“Rusiya ilə yaxınlaşmağa qərar verən Mali hərbi xuntası idi və biz buna təəssüflənirik. Biz istəyirik ki, onlar bundan əl çəksinlər və bunun əvəzinə azadlıq və demokratiyaya doğru addım atsınlar”, - deyə Forssell əlavə edib:

“İndi İsveç əmin olacaq ki, əməkdaşlıq etdiyi ölkələr beynəlxalq hüququ pozmasın və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzkar müharibəsini dəstəkləməsin”.

Bundan əvvəl “New York Times” yazıb ki, Qərbi Afrikada Rusiya və Putinə fəal dəstək davam edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər