20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “Avropa İttifaqı öz ordusunu yaratmalıdır”
Tarix: 07-01-2024 15:09 | Bölmə: Dünya
Nazir: “Avropa İttifaqı öz ordusunu yaratmalıdır”

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqı (Aİ) sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunu yaratmalıdır.

Reyting.az
-ın xəbərinə görə, Tajani İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı Silvio Berluskoninin ölümündən sonra da “Forza Italia” partiyası üçün prioritetdir.

“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, bunun üçün Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir”, - deyı o, müsahibəsində əlavə edib.

Xarici işlər nazirinin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya kimi ölkələrin vətəndaşlarını yalnız ordusu olan Avropa Birliyi qoruya bilər.

Tajani həmçinin qeyd edib ki, 27 dövlətdən ibarət Aİ öz rəhbərliyini sadələşdirməli, Avropa Şurası və Avropa Komissiyasının sədrlərinin hazırkı strukturundan daha çox vahid sədrliyə malik olmalıdır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər