20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-ın hərbi bazası vurulub, hava limanı fəaliyyətini dayandırıb
Tarix: 16-01-2024 08:23 | Bölmə: Dünya
ABŞ-ın hərbi bazası vurulub, hava limanı fəaliyyətini dayandırıb

İraqın Ərbil şəhərinin bir çox nöqtəsinə raket və pilotsuz uçuş aparatı (PUA) hücumları olub.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya bazası başda olmaqla bir çox bölgədə partlayış səslərinin eşidildiyi bildirilib.

Sosil şəbəkələrdə hücumun olduğu ərazidə evlərin pəncərələrinin sınması, raketlərin və dronların qarşısını almaq üçün istifadə edilən C-RAM sistemi ilə bağlı görüntülər paylaşılıb.

İraq Kürd Regional Rəhbərliyi (KRG) hələlik məsələ ilə bağlı açıqlama verməyib. Ərbil hava limanında hava hərəkətinin dayandırıldığı qeyd edilib.

Ərbildəki hücumlardan sonra İran cəbhəsindən açıqlama verilib. Məlum olub ki, bölgədə “anti-İran terror qruplarının” kəşfiyyat qərargahları və görüş yerləri raketlərlə hədəfə alınıb.

“İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq casus və terrorçuların qərargahı gecə yarısı İnqilab Keşikçiləri Ordusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib. Əməliyyatın təfərrüatları daha sonra açıqlanacaq”,- İran mediasının yaydığı məlumatda bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər