Ukraynaya silah tədarükünün auditi aparılacaq
Tarix: 17-01-2024 00:02 | Bölmə: Dünya
Ukraynaya silah tədarükünün auditi aparılacaq

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti Aİ ölkələrinin Ukraynaya silah tədarükü ilə bağlı audit aparmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Auditin nəticələrinin fevralın 1-də keçiriləcək Avropa İttifaqı liderlərinin sammitində təqdim edilməsi planlaşdırılır.

Məlumata görə, bu qərar Almaniya kansleri Olaf Şoltsun Aİ ölkələrinin Ukraynaya silah tədarükünün müqayisəsini istəməsindən sonra verilib.

Qeyd edək ki, O. Şolts Aİ-yə üzv ölkələrin əksəriyyətinin 2024-cü ildə Kiyevə təhvil verməyi planlaşdırdığı silahların az olduğunu bildirib. Almaniya lideri Ukraynaya hərbi yardımı artırmağa çağırıb.

Nəşrin yazdığına görə, şəffaflığın artırılması çağırışı Brüsseldə bəzi ölkələrin kritik anda Ukraynaya daha çox silah ötürə biləcəyinə inanan yüksək vəzifəli məmurlar tərəfindən dəstəklənir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}