20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna PUA-ları Sankt-Peterburqdakı neft anbarına hücum edib
Tarix: 18-01-2024 13:52 | Bölmə: Dünya
Ukrayna PUA-ları Sankt-Peterburqdakı neft anbarına hücum edib

Yanvarın 18-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki neft bazasına pilotsuz təyyarə ilə hücum edilib. Bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub.

Reyting.az
“RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Mənbə deyib ki, artıq Sankt-Peterburq və Leninqrad vilayətindəki hərbi obyektlər də “Ukrayna qüvvələrinin imkanları daxilindədir”.

Qeyd edək ki, cümə axşamı, yanvarın 18-nə keçən gecə Rusiyanın bir sıra regionlarında partlayış səsləri eşidilib. Rusiya hakimiyyətinin məlumatına görə, PUA neft-qaz şirkətinin Peterburq Neft Terminalının (bu, Baltik regionunda ən böyük Rusiya neft məhsullarının daşınması terminalıdır) ərazisinə düşüb və partlayıb. Həmçinin dəniz limanının ərazisinə pilotsuz təyyarənin parçaları düşüb və orada yanğın başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər