Türkiyənin Həcc kvotası artırılır
Tarix: 31-01-2024 11:30 | Bölmə: Dünya
Türkiyənin Həcc kvotası artırılır

Türkiyənin Həcc kvotası 86 minə yüksələcək.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə Diyanət İşləri Başçısı Ali Erbaş açıqlama verib.

A. Erbaş deyib ki, 2024 həcc protokolunu təsdiqləyiblər.

Əhalisi 86 milyon olduğu üçün Türkiyənin kvota hüququ 86 min olacaq: "Biz bu barədə ərizəmizi yolladıq, əhali sayına uyğun kvotamızın yenilənməsini istədik. Hazırda 83 min 430 nəfər olan kvotamız 86 minə yüksələcək. Bu şad xəbəri indidən verirəm”.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}