20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Keçmiş nazir həbs cəzasına məhkum edilib
Tarix: 31-01-2024 23:10 | Bölmə: Dünya
Keçmiş nazir həbs cəzasına məhkum edilib

Kosovo məhkəməsi çərşənbə günü keçmiş infrastruktur nazirini yol layihəsinə dövlət vəsaitlərini həddən artıq xərcləyərək vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs cəzası verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə AP məlumat yayıb.

Bildirilir ki, Priştina Rayon Məhkəməsi 61 yaşlı keçmiş nazir Pal Lekayı vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli sayaraq onu 3 il 8 ay müddətinə azadlıqdan məhrum edib. O, 2017-ci ildə Arben-Haferi avtomobil yolunun tikintisinə 53 milyon avro xərcləyib ki, bu məbləğ məhkəmə tərəfindən çox yüksək hesab olunur. Lekaya həmçinin 3,5 il müddətinə hər hansı dövlət vəzifəsində işləmək qadağan edilib.

Onun üç köməkçisi bir il səkkiz aydan üç il üç ayadək müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Lekay 2017-2020-ci illərdə infrastruktur naziri vəzifəsində çalışıb və o vaxtdan Kosovonun Gələcəyi Naminə Alyans partiyasından müxalifətçi deputat olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər