ABŞ Ukrayna ilə bağlı ittihamlarla razılaşmır
Tarix: 01-02-2024 00:08 | Bölmə: Dünya
ABŞ Ukrayna ilə bağlı ittihamlarla razılaşmır

Vaşinqton Ukraynanın NATO-ya daxil olmasına maneə yaratmır.

Reyting.az
-ın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərin Ukraynanın NATO-ya daxil olması prosesinin başlamasına ABŞ-ın maneələri ilə bağlı suala cavabında deyib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, bununla bağlı yayılan məlumatlar yanlışdır və ABŞ bu prosesin gecikdirilməsində iştirak etmir.

Bundan əvvəl “Foreign Policy” jurnalı diplomatik mənbələrə istinadla yazıb ki, ABŞ və Almaniya Ukraynanın NATO-ya dəvət olunmasına etiraz edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}