ABŞ Türkiyənin F-35 proqramına qayıtması üçün şərtində israr edir
Tarix: 01-02-2024 11:10 | Bölmə: Dünya
ABŞ Türkiyənin F-35 proqramına qayıtması üçün şərtində israr edir

“ABŞ Türkiyəni F-35 ailəsində qarşılamaqdan məmnun olacaq. Türkiyəyə qarşı F-35 proqramının S-400 raketlərinin istifadəsi ilə bir araya sığmadığına dair fikrimizdə heç bir dəyişiklik yoxdur”.

Reyting.az
xəbər verir ki, “CNN Türk” bu sözləri Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbidən sitat gətirib.

“Ona görə də bu məsləhətləşmələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramına qayıtmaq üçün hərəkət ola bilər”,- deyə Ağ evin rəsmi nümayəndəsi əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}