20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa İttifaqının liderləri mərmi istehsalını artırmağa çağırılır
Tarix: 01-02-2024 13:57 | Bölmə: Dünya
Avropa İttifaqının liderləri mərmi istehsalını artırmağa çağırılır

Avropa İttifaqının liderləri Ukrayna Silahlı Qüvvələrinə mərmi istehsalı üçün Avropa Sülh Fondunun genişləndirilməsinə razılıq verməlidirlər.

Reyting.az
xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrel bəyan edib.

Siyasətçi bununla bağlı bəyanatının videosunu “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Eyni zamanda, o vurğulayıb ki, Macarıstan tərəfi bu tədbirin qəbul edilməsinə və bu xətt vasitəsilə Ukraynaya silah tədarükünün əleyhinə deyil, baxmayaraq ki, Budapeşt təşəbbüsdə iştirak etməyəcək.

“Mən izah edirəm: iştirak etməmək bir şeydir, bloklamaq başqa bir şeydir. Macarıstan iştirak etmək istəmir, lakin buna mane də olmur”, - deyə siyasətçi əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Belçikanın baş naziri Alexander De Croo Aİ-nin Ukraynaya yardımını təmin etmək üçün kompromis əldə etməyə çağırıb. Bununla belə, o əlavə edib ki, Kiyevə verilən vəsaitin bölüşdürülməsində şəffaflığın olmaması səbəbindən Macarıstanın narahatlığını başa düşür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər