20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Husilər Rusiyanın nefti tankerlərinə maneə yaratmır
Tarix: 01-02-2024 21:02 | Bölmə: Dünya
Husilər Rusiyanın nefti tankerlərinə maneə yaratmır

Rusiya neftini daşıyan tankerlər husilərin heç bir maneəsi ilə qarşılaşmadan Qırmızı dənizdən keçməyə davam edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Vortex” analitik şirkətinə istinadla məlumat yayıb.

Süveyş kanalından (Aralıq dənizi və Qırmızı dənizləri birləşdirən) keçən Rusiya gəmilərinin sayı dekabrdan bir qədər azalıb, lakin bu, hələ də ötən ilin orta göstəricisindən təxminən 20 faiz çoxdur. Bu, sanksiyaya məruz qalmış neft və neft məhsullarını daşıyan “kölgə donanması” adlanan donanma sayəsində baş verib.

Oksford Enerji Tədqiqatları İnstitutunun elmi işçisi Adi İmsirovic deyib: “Rusiyanın xam neft və yanacağının böyük hissəsi kölgə donanmaları ilə daşınır, ona görə də onun husilərin hücumuna məruz qalma ehtimalı azdır”.

“Vortex” analitiki Meri Meltonun sözlərinə görə, Rusiya neftini daşıyan Marlin Luanda tankerinə son hücum onun Britaniya və Amerika şirkətləri ilə əlaqələri olduğu üçün baş verib.

Xatırladaq ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatına başladıqdan sonra Yəmənin husi üsyançıları Qırmızı dənizdən keçən gəmilərə hücum etməyə başlayıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər