İranda yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb
Tarix: 01-02-2024 23:21 | Bölmə: Dünya
İranda yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb

İranın cənubundakı Hormozqan əyalətində 20 min meqavat gücündə yeni atom elektrik stansiyasının (AES) tikintisinə başlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.

İran prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Sirik şəhərində atom elektrik stansiyasının tikintisi ilə bağlı mərasim baş tutub.

Mərasimdə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami də iştirak edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}