Qırmızı dənizdə və Ədən körfəzində husilərin PUA-ları məhv edilib
Tarix: 02-02-2024 10:34 | Bölmə: Dünya
Qırmızı dənizdə və Ədən körfəzində husilərin PUA-ları məhv edilib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dəniz və Ədən körfəzində pilotsuz uçan aparatları (PUA) məhv etdiyini, eyni zamanda husilərin atdığı 2 gəmi əleyhinə raketin öz mövqelərinə çatmadan vurulduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Ədən körfəzində hücumlarını davam etdirir. ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilir ki, Qırmızı dəniz və Ədən körfəzində husilərin 1 PUA-sı, 1 pilotsuz dəniz vasitəsi və 2 gəmi əleyhinə raketi vurlub.

Komandanlıq bəyan edir ki, husilərə aid PUA beynəlxalq gəmiçilik marşrutuna doğru irəliləyib, ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün qaçılmaz təhlükə yaradıb. Həmçinin husilərin nəzarətində olan bölgələrdən, ehtimal ki, Qırmızı dənizdə olan Liberiya bayraqlı KOI adlı yük gəmisinə iki gəmi əleyhinə raketin atıldığı və raketlərin hədəfi vurmadığı bildirilib.

“ABŞ Mərkəzi Komandanlığının hərəkətləri naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və kommersiya gəmiləri üçün daha təhlükəsiz edəcək”, - bəyanatda deyilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}