ABŞ Putinin silahsız zona yaratmaq istəyini qəbul etmir
Tarix: 02-02-2024 13:09 | Bölmə: Dünya
ABŞ Putinin silahsız zona yaratmaq istəyini qəbul etmir

“Rusiya qüvvələri sərhədin Ukrayna tərəfində əməliyyatları davam etdirdiyi bir vaxtda silahsızlaşdırılmış zona yaratmaq bir az çətin məsələdir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller prezident Vladimir Putinin “Rusiya ərazisini Ukraynanın “atəş poliqonu”ndan çıxarmaq üçün Rusiya Federasiyası ilə Ukrayna arasında “demilitarizasiya zonası” yaratmağa dəyər”, - fikirlərinə münasibə bildirərkən deyib.

Millerin sözlərinə görə, Putin açıq şəkildə bildirib ki, Ukraynanı ələ keçirmək və özünə tabe etmək məqsədini dəyişmək niyyətində deyil.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Rusiya işğalçı qoşunlarının Ukrayna torpaqlarında olduğu bir vaxtda Ukrayna ilə Rusiya arasında bufer zonanın necə həyata keçiriləcəyini başa düşmək onun üçün çətindir.

Miller qeyd edib ki, əgər Moskva həqiqətən də “demilitarizasiya zonası” yaratmaqda maraqlıdırsa, Kremlin başlaya biləcəyi ən yaxşı iş “Rusiya əsgərlərinin yerləşdiyi Ukrayna ərazilərinin demilitarizasiyasıdır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}