Zelenski Zalujnını komandan vəzifəsindən azad edəcəyini təsdiqləyib
Tarix: 05-02-2024 09:44 | Bölmə: Dünya
Zelenski Zalujnını komandan vəzifəsindən azad edəcəyini təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Komandanı general Valeri Zalujnının vəzifəsindən azad edilməsi ehtimalını şərh edib.

Reyting.az
xəbər verir ki, Ukrayna lideri belə halları kadr məsələsi adlandırıb.

“Bu, kadr məsələsidir. Təbii ki, sıfırlama, yeni başlanğıc lazımdır. Bu barədə danışanda mən dövlətin bir sıra rəhbərlərinin dəyişməsini nəzərdə tuturam, nəinki təkcə hərbi sektoru. Bu əvəzetmə haqqında düşünürəm, doğrudur. Amma siz deyə bilməzsiniz ki, biz bir nəfəri əvəz etdik və indi hər şeyi yenidən başlaya bilərik. Söhbət bütövlükdə idarə edən insanlardan gedir”,- prezident Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna ordusuna komandanlıq edən general V. Zalujnının vəzifəsindən çıxarılcağı haqda xəbərlər dolaşır. Hətta onun yerinə general Sirskinin gətiriləcəyi bildirilir. Ehtimal olunur ki, Zalujnı ordu rəhbərliyindən çıxarılsa siyasətə gələcək. Proqnozlara görə, Zalujnının siyasətə gəlişi indiki prezident üçün başağrısına çevrilə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}