20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AES-dən radioaktiv su sızması baş verib
Tarix: 07-02-2024 17:09 | Bölmə: Dünya
AES-dən radioaktiv su sızması baş verib

Yaponiyada qəzalı vəziyyətində olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) təmizləyici avadanlıqdan radioaktiv su sızıb. Bu barədə fevralın 7-də zavodun operatoru “Tokyo Electric Power Company” (TEPCO) məlumat verib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, sızıntı stansiyanın işçilərindən biri tərəfindən texniki baxış zamanı aşkar edilib.

Məlumata görə, bağlanması lazım olan 16 klapandan 10-u açıq olub.

Operatorun hesablamalarına görə, sızan suyun həcmi 5,5 ton təşkil edir. Bu mayenin tərkibində radioaktiv sezium və stronsium da daxil olmaqla radionuklidlər var. Suda radioaktiv maddələrin konsentrasiyası maksimum icazə verilən normanın 1,5 min bekkerel olmasına baxmayaraq, 22 milyard bekkerel təşkil edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər