Polşa Belarusla sərhəd divarını gücləndirmək istəyir
Tarix: 08-02-2024 19:43 | Bölmə: Dünya
Polşa Belarusla sərhəd divarını gücləndirmək istəyir

Polşa Daxili İşlər Nazirliyi sərhəd mühafizə xidməti ilə birlikdə Polşa-Belarus sərhədində qoruyucu divarı gücləndirmək niyyətindədir. Bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski TVP telekanalına bildirib.

Reyting.az
-ın xəbərinə görə, nazir deyib ki, sərhəd mühafizəsinin komendantı ilə birlikdə Polşa-Belarus sərhədində divarı möhkəmləndirməyin yollarını araşdırırlar.

Qeyd edək ki, Polşa sərhədçilərinin bildirdiyinə görə, qeyri-qanuni miqrantlar adi avtomobil domkratları ilə barmaqlıqları itələyib və yaranan çatlardan Polşa ərazisinə daxil olublar.

Xatırladaq ki, qoruyucu divarın tikintisi 2022-ci ildə başa çatdırılıb. Onun uzunluğu 186 km, hündürlüyü 5,5 m olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}