Moskvada MiQ təyyarələrinin zavodu yanır - Foto
Tarix: 13-02-2024 17:38 | Bölmə: Dünya
Moskvada MiQ təyyarələrinin zavodu yanır

Bu gün günortadan sonra Moskva şəhərindəki Leninqrad prospektində yerləşən MiQ zavodunda yanğın baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Rusiyanın Baza Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yanğın zavodun mövcud binasına bitişik sexdə başlayıb.

Yanğın binanın 2-ci və 3-cü mərtəbələrində baş verib, yanğının sahəsi 70 kvadratmetr olub.

“Yanğının səbəbi məlum deyil. Hazırda təxliyə aparılır. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası yollanır: alovun zavodun digər binalarına keçmək təhlükəsi var”, - məlumatda deyilir.

“Rostec” dövlət korporasiyasının mətbuat xidməti bəyan edib ki, Moskvadakı keçmiş MiQ zavodunun ərazisi bir neçə il əvvəl istehsalın dayanması səbəbindən satılıb və “Rostec”in fəaliyyət göstərən müəssisələrinin ərazisində yanğınlar qeydə alınmayıb. Açıq mənbələr isə göstərir ki, müəssisə MiQ təyyarələrinin dizaynı, istehsalı, texniki xidməti və təmirinin bütün aspektlərini özündə birləşdirir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}