Türkiyənin 14 şəhərində FETÖ-ya qarşı əməliyyat keçirilib, 42 nəfər saxlanılıb
Tarix: 15-02-2024 10:15 | Bölmə: Dünya
Türkiyənin 14 şəhərində FETÖ-ya qarşı əməliyyat keçirilib, 42 nəfər saxlanılıb

Türkiyədə 14 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya bildirib.

Nazir qeyd edib ki, Konya, Ərdahan, Manisa, Kayseri, Bursa, Rize, Çanaqqala, Şanlıurfa, Aksaray, Ankara, Afyonkarahisar, Kırşehir, Kırıkkale və Əskişəhərdə eyni vaxtda keçirilən əməliyyatla FETÖ üzvü olmaqda şübhəli bilinən 42 nəfər tutulub: "Saxlanılanlar vaxtilə polis və hərbi strukturlarda FETÖ-nün təşkilatlanmasında mühüm rol oynayıblar".

Məlumata görə, əməliyyatlar nəticəsində saxta şəxsiyyət vəsiqələri, külli miqdarda türk lirəsi və rəqəmsal materiallar ələ keçirilib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}