Navalnının ölümü Putinin mövqelərini zəiflədəcək
Tarix: 22-02-2024 17:54 | Bölmə: Dünya
Navalnının ölümü Putinin mövqelərini zəiflədəcək

Britaniya Məxfi Kəşfiyyat Xidməti - MI6-nın keçmiş rəhbəri Kristofer Stil iddia edir ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü prezident Vladimir Putinin mövqelərinə zərbədir.

Reyting.az
-ın xəbərinə görə, Stil “Independent”ə deyib ki, Navalnının ölümü Putini “uzunmüddətli perspektivdə daha zəif” edəcək.


Kristofer Stil

“Putin qısamüddətli perspektivdə bəlkə də daha güclüdür. Məncə, uzunmüddətli perspektivdə zəifləyəcək”, - Stil bildirib.

Qeyd edək ki, A. Navalnı fevralın 16-da islah koloniyasında dünyasını dəyişib. Rusiyanın Federal Penitensiar Xidməti bildirib ki, müxalifətçi gəzintidən sonra qəflətən xəstələnib və həkimlər onu xilas edə bilməyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}