20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Keçmiş SSRİ-nin sonuncu baş naziri ölüb
Tarix: 28-02-2024 10:32 | Bölmə: Dünya
Keçmiş SSRİ-nin sonuncu baş naziri ölüb

Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb.

Məlumatı TASS yayıb.

SSRİ-nin sonuncu baş naziri 95 yaşında vəfat edib.

Ermənipərəst mövqeyi ilə seçilən N.Rıjkov Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, vətən ordeni ilə təltif olunub. Ermənilər zəlzələ zonası Spitaka göstərdiyi yardımına görə ona bu adı vermişdilər.

Qeyd edək ki, Nikolay Rıjkov 1929-cu il sentyabrın 28-də Ukraynada anadan olub. 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub. 2019-cu ildə Rusiyanın Əmək Qəhrəmanı adına layiq görülüb. Rusiya Krımı ilhaq etdiyi üçün Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və başqa ölkələrin tətbiq etdiyi sanksiyaya o da məruz qalıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər