20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya Zaporojya AES-də çox təhlükəli oyun oynayır - Metyu Miller
Tarix: 09-04-2024 12:05 | Bölmə: Dünya
Rusiya Zaporojya AES-də çox təhlükəli oyun oynayır

“Moskva Zaporojye atom elektrik stansiyasını ələ keçirməklə çox təhlükəli oyun oynayır. Vaşinqton Zaporojya AES-dəki vəziyyəti izləyir”.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz Zaporojye atom elektrik stansiyasına PUA hücumu ilə bağlı məlumatlardan xəbərdarıq. Biz stansiyadakı şəraiti, o cümlədən MAQATE-nin rəsmi hesabatını izləməyə davam edirik. Xoşbəxtlikdən İHA-nın hücumundan gələn zərərin nüvə təhlükəsizliyinə xələl gətirmədiyini qeyd edilir”, - M. Miller deyib.

Onun sözlərinə görə, “Rusiya Ukrayna AES-i ələ keçirməklə çox təhlükəli oyun oynayır”.

Eyni zamanda o, Moskvanı işğalçı qoşunlarını çıxarmağa və stansiyaya nəzarəti ukraynalı mütəxəssislərə qaytarmağa çağırıb. Bundan əlavə, Miller nüvə fəlakətinə səbəb ola biləcək hər hansı hərəkətin yolverilməzliyini xatırladıb.

Qeyd edək ki, aprelin 7-də MAQATE Zaporojye AES-nin ərazisində PUA-nın partlaması barədə məlumat yayıb. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bunun rusların simulyasiya zərbəsi ola biləcəyini irəli sürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər