İordan çayının qərb sahilində daha 15 nəfər saxlanılıb
Tarix: 11-06-2024 15:17 | Bölmə: Dünya
İordan çayının qərb sahilində daha 15 nəfər saxlanılıb

Bu gün İsrail hərbçiləri İordan çayının qərb sahilində yeni həbslər həyata keçirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi hesabat yayıb.

Hesabatda bildirilib ki, İsrail əsgərləri Beytləhm, Qalkilya, Cenin, Nablus, Ramallah və Hebron şəhərlərində evlərə basqınları davam etdirib: "Bu basqınlar zamanı onlar heç bir əsas gətirmədən 15 fələstinlini həbs ediblər. Bununla da 7 oktyabr 2023-cü ildən bəri bu bölgədə qanunsuz həbs olunanların sayı 9 min 170-ə çatıb".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}