Həsən Nəsrullah 300 minlik ordu ilə hücuma hazırlaşır - Foto
Tarix: 14-06-2024 18:03 | Bölmə: Dünya
Həsən Nəsrullah 300 minlik ordu ilə hücuma hazırlaşır

Oktyabr ayından bəri İsrailə qarşı çoxsaylı həyata keçirən “Hizbullah”ın ən mühüm komandirlərinin son günlər həyatını itirdiyi, ölənlər arasında “Hizbullah” lideri Nəsrullahın köməkçilərinin də olduğu bildirilir.

Reyting.az
xatırladır ki, oktyabrın 7-dən başlayaraq Livan-İsrail sərhədində gərginlik yüksəlib.

“Hizbullah” dünən koordinasiyalı hücumda İsrailin 9 hərbi obyektini hədəf aldığını açıqlayıb. İsrail mediasının məlumatına görə, ən azı 100 raket və 30 pilotsuz təyyarə ilə həyata keçirilən hücum “Hizbullah”ın indiyədək ən böyük hücumu olub.

“Jerusalem Post” qəzeti yazır ki, “Hizbullah” lideri Həsən Nəsrullah son itkilərdən panikaya düşüb və İsrail ordusundan qorxmağa başlayıb.



Nəşrin iddiasına görə, Nəsrullah indi İsrail ordusunun onu hər an öldürə biləcəyi faktı ilə üzləşib, lakin onun hələlik geri çəkilmək fikri yoxdur. Çünki Nəsrullah intihar edəcək və ya qaçacaq bir lider deyil, növbəsi çatarsa təxminən 300 minlik ordusu ilə döyüşə getməyə hazır olan şəxs kimi görünür.

Əslində, son günlər “Hizbullah”ın hücumlarını artırmasının əsas səbəbinin Nəsrullahın cavab vermək istəyi olduğu təxmin edilir. İsrailli ekspertlərin fikrincə, “Hizbullah” oktyabr ayından genişmiqyaslı müharibəyə hazırdır, lakin onlar genişmiqyaslı müharibə əvəzinə İsrail vətəndaşlarını hədəfə alaraq psixoloji gərginlik yaratmağa üstünlük verirlər. Digər tərəfdən, “Hizbullah”ın mümkün hərtərəfli hücumu halında, ABŞ ordusu Yaxın Şərqdəki müharibəyə rəsmən cəlb olunacaq. Məhz bunun qarşısını almaq üçün Beyrut-Tehran-Tel-Əviv arasında tez-tez görüşlər keçirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər