Avropa İttifaqı Ukrayna və Moldova ilə danışıqlara başlayır
Tarix: 21-06-2024 16:20 | Bölmə: Dünya
Avropa İttifaqı Ukrayna və Moldova ilə danışıqlara başlayır

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna və Moldova üçün danışıqlar çərçivəsini təsdiqləyib. Məlumata görə, iyunun 25-də danışıqlara başlamaq üçün hökumətlərarası konfransların keçiriləcəyi də təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Aİ Şurasının Belçika nümayəndəliyi “X” (Twitter) platformasında məlumat yayıb.

Bildirilir ki, Aİ Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün Aİ-nin ümumi mövqelərini, o cümlədən danışıqlar çərçivəsini təsdiq edib. Bu, çərşənbə axşamı, iyunun 25-də Lüksemburqda danışıqların başlanmasına zəmin yaradır.

Ukrayna ilə hökumətlərarası konfrans yerli vaxtla saat 15:30-a, Moldova ilə isə saat 18:00-a planlaşdırılıb.

Xatırladaq ki, iyunun 14-də Aİ-yə üzv ölkələrin daimi nümayəndələri Ukraynanın, eləcə də Moldovanın üzvlüyünə dair danışıqların çərçivəsini prinsipial olaraq təsdiqləyiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər