Husilər Rusiyadan Çinə gedən tankeri vurub
Tarix: 16-07-2024 14:14 | Bölmə: Dünya
Husilər Rusiyadan Çinə gedən tankeri vurub

Qırmızı dənizdə Yəmən husiləri biri Rusiya Federasiyasından Çinə gedən iki tankerə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri İranın dəstəklədiyi husilərə məxsus 5 pilotsuz uçuş aparatını məhv edib. Onlardan üçü Qırmızı dəniz üzərində, ikisi isə Yəmənin husilərin nəzarətində olan ərazilərdə vurulub.

Bu PUA-ların bölgədəki ABŞ, koalisiya qüvvələri və ticarət gəmiləri üçün birbaşa təhlükə yaratması müəyyən edilib.

“Bundan əlavə, İranın dəstəklədiyi husilər Panama bayraqlı, İsrailə və Monakoya məxsus “MT Bentley I” tankerinə bir neçə hücum həyata keçirib”, - deyə hesabatda bildirilir.

Qeyd edildiyi kimi, “Bentley I” gəmisi Rusiyadan Çinə neft daşıyarkən Qırmızı dənizdə hücuma məruz qalıb. Husilərin bu hücumda üç suüstü gəmidən istifadə etdiyi bildirilir: bir pilotsuz suüstü gəmi (USV) və iki kiçik qayıq.

Husilər daha sonra Yəmən ərazisindən “MT Bentley I”-ə doğru gəmi əleyhinə ballistik raket atıblar.

Bundan əlavə, Qırmızı dənizdə husilər Marşal adalarına məxsus və Yunanıstan tərəfindən idarə olunan “MT Chios Lion” xam neft tankerinə (Liberiya bayrağı) hücum ediblər. Ekipaj kömək istəməyib.

Bəyanatda deyilir ki, İranın dəstəklədiyi husilərin ehtiyatsız davranışı regional sabitliyi təhdid edir, Qırmızı dəniz və Ədən körfəzində dənizçilərin həyatını riskə atır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər