Qəzaya uğrayan təyyarə testdən keçməyibmiş
Tarix: 17-07-2024 08:39 | Bölmə: Dünya
Qəzaya uğrayan təyyarə testdən keçməyibmiş

“Superjet” sərnişin təyyarəsi texniki xidmətdən sonra məcburi uçuş etməyib.

Reyting.az
bildirir ki, bu barədə “Rambler.ru” agentliyi məlumat yayıb.

Agentlik aviasiya dairələrindəki mənbəyə istinadla xəbər verir ki, Moskva vilayətində qəzaya uğrayan “SSJ-100” sərnişin təyyarəsi, ilkin məlumatlara görə, texniki xidmətdən sonra məcburi test uçuşunu yerinə yetirməyib: “Təyyarə reqlamentə əsasən, zavodda dərin texniki qulluqdan sonra yerinə yetirilməli olan yoxlama uçuşunu həyata keçirməyib”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər