08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Baş nazir Rusiyanı Avropa üçün təhlükə hesab edir
Tarix: 18-07-2024 17:50 | Bölmə: Dünya
Baş nazir Rusiyanı Avropa üçün təhlükə hesab edir

Rusiya bütün Avropa ölkələri üçün təhlükə yaradır. Böyük Britaniyanın yeni seçilmiş baş naziri Keir Starmer bunu Avropa Siyasi Birliyinin Vudstokda keçirilən sammitində bildirib.

Reyting.az
xəbər verir ki, baş nazir sammitdə Ukrayna nümayəndə heyətinə müraciət edərək deyib: “Rusiyadan gələn təhlükə bütün Avropanı əhatə edir. Şübhə etməyin: nə qədər lazımdırsa, biz sizin tərəfinizdə olacağıq”.

Bundan əvvəl Böyük Britaniya kralı III Çarlz bildirmişdi ki, London NATO dəyərlərini müdafiə edəcək və bu tədbirdə əsas rol oynayaraq, Ukraynanın alyansa daxil olması üçün aydın yol təmin edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər