Qaçaqmal yolu ilə yanacaq daşıyan tanker ələ keçirilib
Tarix: 23-07-2024 10:39 | Bölmə: Dünya
Qaçaqmal yolu ilə yanacaq daşıyan tanker ələ keçirilib

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzində 1,5 milyon litr qaçaqmal yanacaq daşıyan Toqo bayraqlı tankerin ələ keçirildiyini və göyərtəsində olan 12 əcnəbi heyətin saxlanıldığını bildirib.

Reyting.az
xəbər verir ki, İran qaçaqmalçılıqla mübarizə çərçivəsində gəmini Fars körfəzinin Buşehr şəhərinin sahillərində ələ keçirib.

İran İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri komandirlərindən Haydar Hunarian Mücerret deyib ki, məhkəmə orqanlarının göstərişi ilə 1,5 milyon litr qaçaqmal daşıdığı aşkarlanan Toqo bayraqlı neft tankeri və 12 xarici ekipaj üzvü nəzarətə götürülüb.

Gəminin Buşəhr limanına aparıldığını bildirən Mücərrət İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin Fars körfəzinə nəzarət etdiyini və müasir avadanlıqlarla körfəzdə gəmilərin hərəkətini izlədiyini bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər