İsrailli nazir Haniyənin öldürülməsini qeyd edir
Tarix: 31-07-2024 11:16 | Bölmə: Dünya
İsrailli nazir Haniyənin öldürülməsini qeyd edir

İsrailin mədəni irs naziri Amixai Eliyahu bildirib ki, HƏMAS liderinin öldürülməsi dünyanı bir az da yaxşılaşdırır.

Reyting.az
-ın xəbərinə görə, israilli nazir sosial şəbəkədə yazıb ki, bu ölümlərə mərhəmət yoxdur.

“Onları vuracaq dəmir əl, sülh və bir qədər təsəlli gətirəcək, eləcə də sülh istəyənlərlə sülh içində yaşamaq qabiliyyətimizi gücləndirəcək əldir”, - nazir yazıb.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Haniyənin qətlinin İsrail tərəfindən təşkil edildiyi bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər