Aİ Rusiyanın Gürcüstandakı hərbi mövcudluğunu pisləyir
Tarix: 08-08-2024 18:24 | Bölmə: Dünya
Aİ Rusiyanın Gürcüstandakı hərbi mövcudluğunu pisləyir

Avqustun 6-da Avropa İttifaqı (Aİ) Gürcüstanın işğal olunmuş əraziləri - Abxaziya və Cənubi Osetiyada Rusiyanın hərbi mövcudluğunu davam etdirməsini yenidən pisləyib.

Reyting.az
xəbər verir ki, 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya ilə Gürcüstan arasında başlayan müharibənin 16-cı ildönümü ilə bağlı bəyanatında Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Cosef Borrell Aİ-nin Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə güclü sadiqliyini ifadə edib.

Onun sözlərinə görə, Gürcüstanda münaqişədən zərər çəkmiş yaşayış məntəqələrində insan hüquqları pozulur, o cümlədən “sərhədləşmə” siyasəti, nəzarət-buraxılış məntəqələrinin bağlanması, Rusiya hərbçiləri və regionun faktiki hakimiyyət orqanları tərəfindən qanunsuz həbslər davam etdirilir.

“Hərəkət azadlığına məhdudiyyətlərə son qoyulmalı, insan hüquqlarının pozulması araşdırılmalı və bütün qurbanlar üçün ədalət təmin edilməlidir”,- deyən Borrell əlavə edib ki, Aİ münaqişənin sülh yolu ilə həllinə, o cümlədən Aİ-nin Cenevrə Beynəlxalq Müzakirələrində həmsədr qismində iştirakı, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin işi vasitəsilə, münaqişənin həllinə tam sadiqdir.

Avropa İttifaqı həmçinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər