Tokio Pxenyana etirazını bildirib
Tarix: 18-09-2024 07:17 | Bölmə: Dünya
Tokio Pxenyana etirazını bildirib

Yaponiya raket buraxılışlarına görə Şimali Koreyaya etiraz edib.

Reyting.az
xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib.

“Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışlarına kəskin etirazını bildirib və bunu pisləyib. Bu, qəbuledilməzdir. Bu, ölkəmizin təhlükəsizliyinə təsir edən ciddi məsələdir”, - etirazda deyilir.

Onu da qeyd edək ki, Şimali Koreya yerli vaxtla saat 06:50-də Pyonqan vilayətinin Kaeçon şəhəri ərazisindən şimal-şərq istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxıb.

Raketlərin uçuş məsafəsinin təxminən 400 km olduğu bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər