Ruslar Ukraynaya dron və ballistik raketlərlə hücum edib
Tarix: 09-10-2024 11:41 | Bölmə: Dünya
Ruslar Ukraynaya dron və ballistik raketlərlə hücum edib

Rusiya ordusu Ukraynaya dron və raketlərlə hücum edib. Odessa vilayətində 5 nəfər yaralanıb, mülki infrastruktura ziyan dəyib.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 9-na keçən gecə ruslar Kursk vilayətindən üç “İsgəndər-M/KN-23” ballistik raketi, həmçinin Primorsko-Axtarskdan 22 hücum PUA-sı ilə Poltava vilayətinə hücuma keçib. Hücumun dəf edilməsinə aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri, Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları cəlb olunub. Bildirilir ki, zenit döyüşləri nəticəsində Odessa, Vinnitsa və Kiyev vilayətlərində düşmənin 21 PUA-sı vurulub. Digər hücum pilotsuz uçan aparatı Rusiya istiqamətinə dönüb.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper deyib:

“Ardıcıl üçüncü gecədir ki, Rusiya təcavüzkarları Odessa bölgəsinə hücuma keçir, dronlarla əhalini qorxudurlar. Son hücum zamanı binalara ziyan dəyib, daha 5 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti orta ağırdır”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər