Türkiyənin 16 vilayətində əməliyyat: 92 şübhəli tutulub
Tarix: 24-02-2025 12:17 | Bölmə: Dünya
Türkiyənin 16 vilayətində əməliyyat: 92 şübhəli tutulub

Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən “Gürz-47” əməliyyatının təfərrüatları məlum olub.

Reyting.az
xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya əməliyyat zamanı 92 şəxsin tutulduğunu açıqlayıb.

Nazir bildirib ki, istər daxildə, istərsə də xaricdə terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlar qətiyyətlə davam etdiriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər