Qadın baş nazirin başına yumurta atıb
Tarix: 07-05-2019 18:40 | Bölmə: Dünya
Qadın baş nazirin başına yumurta atıb

Qadın fəal mayın 7-də Avstraliyanın baş naziri Skott Morrisona hücum edib.

Reyting.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı qız siyasətçinin peysərindən yumurta ilə vurub.

Saxlanılandan sonra qızın üzərindən narkotik də tapılıb. O, mayın 27-də məhkəmədə hakim qarşısına çıxarılacaq.

İnsident Olberidəki əyləncə mərkəzində keçirilən tədbirdə baş verib. Qadın baş nazirə arxadan yaxınlaşaraq yumurta ilə peysərindən nişan alıb.

Qızı hələ ki girov müqabilində xüsusi şərtlə azadlığa buraxıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}