11:37 / 12-11-2024
"Veteran pulu" artırılacaq
Albaniyada hökumət əleyhinə aksiyada gərginlik - Yaralanan və həbs edilənlər var
Tarix: 12-05-2019 23:11 | Bölmə: Dünya
Albaniyada hökumət əleyhinə aksiyada gərginlik -  Yaralanan və həbs edilənlər var

Albaniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib.

Bu barədə "Report" "Albanian Daily News"a istinadən xəbər verir.

Ölkə polisi bildirib ki, paytaxt Tiranada Edi Ram hökuməti əleyhinə keçirilən aksiyada 50 nəfər saxlanılıb. Onların çoxu müxalif Demokrat Partiyasının üzvləridir.

Demokrat Partiyası tərəfdarlarının hakim Sosialist Partiyası əleyhinə kütləvi etiraz aksiyası Tiranada polislə qarşıdurmayla nəticələnib. Nümayişçilər polis əməkdaşlarına "Molotov kokteyli" və daş atıblar. Aksiyaçıların atdıqları yandırıcı qarışığı olan butılkalar parlament binasının girişi önündə yanğına səbəb olub. Polis isə öz növbəsində aksiyaçılara qarşı gözyaşardıcı qazdan, su nasoslarından və rezin dəyənəklərdən istifadə edib.

"Aksiyada 50 nəfər saxlanılıb, ümumilikdə 84 nəfər məsuliyyətə cəlb edilib", - deyə polisin yaydığı məlumatda bildirilir. Onlar arasında bir neçə deputat və Demokrat Partiyasının rəhbərliyində təmsil olunanlar da var.

Aksiya zamanı ölkənin Daxili İşlər Nazirliyinin 15 əməkdaşı xəsarət alıb.

Daha əvvəl də Albaniyada minlərlə insan ölkənin baş nazirinin istefası tələbilə küçələrə çıxıb.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb