Bu ölkədə cəhənnəm istisi qeydə alındı
Tarix: 09-07-2019 12:07 | Bölmə: Dünya
Bu ölkədə cəhənnəm istisi qeydə alındı

Özbəkistandakı anomal istilər dəmir yolunun ayrı-ayrı hissələrində qatarların sürətinə məhdudiyyət tətbiqinə səbəb olub.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu məhdudiyyət qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulub.

Məlumatda qeyd edilir ki, qatarların hərəkətinə məhdudiyyət qoyulan ərazilərdə sərnişinlərə pulsuz mineral su da paylanılır.

Özbəkistanın ayrı-ayrı rayonlarında temperatur rekord həddə - 47 dərəcəyədək yüksəlib. Bu, respublikada indiyədək müəyyənləşdirilən normadan 5-7 dərəcə yüksəkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}