17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İsrailin baş naziri Yeltsini Consonla səhv salıb
Tarix: 10-09-2019 21:11 | Bölmə: Dünya / Xəbərlər
İsrailin baş naziri Yeltsini Consonla səhv salıb

İsrailin baş nazir Benyamin Netanyahu son kabinə iclasında İngiltərənin baş naziri Boris Consonu Rusiyanın sabiq prezidenti Boris Yeltsinlə səhv salıb.

Reyting.az
“Haaretz”-ə istinadla xəbər verir ki, Netanyahu London səfəri zamanı Boris Yeltsinlə görüşdüyünü söyləyib:

"Londondan, çox xoş bir ziyarətdən qayıtdım. Orada baş nazir Boris Yeltsin və ABŞ müdafiə naziri ilə görüşdüm".

İclas iştirakçıları baş nazirin çıxışına müdaxilə edərək səhvi düzəldib: "Conson". Netanyahu təbəssümlə “Mən də elə onu demək istəyirdim”, - deyib.

2007-ci ildə vəfat edən Yeltsin 1991-1999-cu illər arasında Rusiya Federasiyasının ilk prezidenti olub. 1996-1999-cu illər arasında Netanyahunun baş nazirlik dövrü başlayıb.

Xatırladaq ki, bundan əvvəl də Netanyahu çıxışlarında səhvlərə yol verib. Mart ayında o, bir təbliğat nitqində Əfqanıstanda rəsmi səfərdə olduğunu deyib. Halbuki həmin səfər Azərbaycana olub. Daha sonra xanımı Sara əslində, Qvatemalada səfərdə olduğu zaman o, Nikaraquada rəsmi səfərdə olduğunu söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}