Tramp FED-in rəhbərini yenə tənqid edib
Tarix: 19-09-2019 00:58 | Bölmə: Dünya
Tramp FED-in rəhbərini yenə tənqid edib

ABŞ prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Paueli tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

"Cey Pauell və Federal Ehtiyat Sistemi yenidən "yıxıldılar". Nə cəsarət, nə reallıq hissi, heç bir xəyal! Dəhşətli kommunikator!", - deyə Tramp "Twitter"-də yazıb.

Qeyd edək ki, Tramp artıq bir neçə dəfədir Paueli tənqid edərək Federal Ehtiyat Sisteminin rəhbərini vəzifəsindən çıxara biləcəyinə işarə edir. ABŞ prezidenti daha əvvəl də bildirib ki, Cerom Pauellin Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə təyin edilməsinin səhv olduğunu düşünür. Prezidentin fikrincə, ABŞ hər dəfə böyük bir iş görəndə Cerom Pauell faiz dərəcəsini artırır.(Report)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}