23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib - Foto
Tarix: 21-09-2019 14:15 | Bölmə: Dünya
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi Sen-Lazar vağzalında etiraz aksiyasına çıxanları gözyaşardıcı qaz vasitəsilə dağıdıb.

Reyting.az
xəbər verir ki, Fransa paytaxtında “sarı jiletlilər” hərəkatı tərəfdarlarının razılaşdırılmamış aksiyası əvvəlcə Madlen meydanı rayonunda başlayıb. Sonra polis onları Sen-Lazar meydanı tərəfə sıxışdırıb. Aksiya iştirakçıları polislərə söyüş və təhqirlər yağdırıblar.

“RİA Novosti”nin müxbiri xəbər verib ki, manifestçilər vağzal binasına daxil olublar və orada onlarla polis arasında bir neçə toqquşma baş verib. Polis etirazçıları itələyərək, maskalarını alıb.

Vağzal binasının çıxışında polis yenidən gözyaşardıcı qaz tətbiq edib.

“Sarı jiletlilər”in iri miqyaslı etiraz aksiyaları 2018-ci il noyabrın 17-də başlayıb. Onlar yanacağa görə alınan vergilərin yüksəldilməsinə və benzinin qiymətinin qalxmasına etiraz edirlər. Fransa hökumətinin sosial siyasətindən narazı olan aksiya iştirakçıları hakimiyyətin gördüyü sakitləşdirici tədbirlərə və etdiyi xəbərdarlıqlara baxmayaraq, bütün ölkə boyu küçələrə çıxmaqda davam edirlər. Etirazlar bəzən qarışıqlıqlar və nümayişçilərin polislərlə toqquşması ilə müşayiət olunur.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}