İŞİD yeni rəhbərinin adını elan edib
Tarix: 28-10-2019 10:44 | Bölmə: Dünya / Xəbərlər
İŞİD yeni rəhbərinin adını elan edib

Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatda 8 helikopter iştirak edib.

ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də Ağ evdə verdiyi açıqlamaya əsasən, Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}