Lavrov: "Dünyanın heç bir dövləti ABŞ-ın sanksiyalarından sığortalanmayıb"
Tarix: 02-11-2019 10:57 | Bölmə: Dünya
Lavrov: "Dünyanın heç bir dövləti ABŞ-ın sanksiyalarından sığortalanmayıb"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dünyanın heç bir dövləti ABŞ-ın sanksiyalarından sığortalanmayıb.

Bu barədə diplomat "Rusiya 24" telekanalının "Beynəlxalq icmal" verilişinin efirində bildirib.

O, qeyd edib ki, ABŞ-ın sanksiyalarından hətta onların müttəfiqləri də sığortalanmayıb.

"Bu, elə dəyənəkdir ki, tamamilə qayğısız" yelləyirlər, - Lavrov deyib.

Rusiyanın xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, başqa dövlətlərlə iqtisadi əlaqələrdə dollarla hesablaşan ölkələr istənilən vaxt ABŞ-ın geosiyasi fikirlərinin girovlarına çevrilə bilərlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər