Xamnəi: “Makron ya sadəlövhdür, ya da ABŞ-ın əlaltısıdır”
Tarix: 03-11-2019 15:41 | Bölmə: Dünya
Xamnəi: “Makron ya sadəlövhdür, ya da ABŞ-ın əlaltısıdır”

"Fransa prezidenti Trampla görüşün İranın bütün problemlərini həll edəcəyini güman edir, yəqin bu adam ya çox sadəlövhdür, ya da Amerikanın əlaltısıdır”.

Reyting.az
“Təsnim” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Həzrət Ayətullah Əli Xamnəi deyib.

Bu gün tələbərlə görüşdə İran-ABŞ münasibətlərinə toxunan Xamnəi bildirib ki, danışıqların problemləri həll edəcəyini düşünənlər yanılırlar. Onun fikrincə, İran prezidentinin amerikalılarla danışması ilə heç bir nəticə əldə edilməyəcək: “Çünki heç bir güzəştə getməyəcəklər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər