Tramp: "Taliban" atəşi dayandırmaq istəyir"
Tarix: 29-11-2019 10:18 | Bölmə: Dünya
Tramp: "Taliban" atəşi dayandırmaq istəyir"

ABŞ prezidenti Donald Tramp bildirib ki, radikal "Taliban" hərəkatı sülh sazişi bağlamağa çalışır.

Tramp qeyd edib ki, bunu yalnız atəşin dayandırılması haqqında razılaşmadan sonra etmək olar.

"Taliban" sülh sazişi bağlamaq istəyir. Biz onlarla görüşürük və deyirik ki, bu, atəşin dayandırılması vasitəsilə edilməlidir. Onlar atəşi dayandırmaq istəmirdilər. İndi onlar atəşi dayandırmaq istəyirlər. Və mən inanıram ki, bu, "işləyəcək", - Tramp Əfqanıstana planlaşdırılmamış səfəri çərçivəsində Ağ Evdə jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp Əfqanıstan prezidenti ilə görüşündə "Taliban" məsələsini də müzakirə edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}