14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Keçmiş prezident 500 min dollarlıq “Mercedes”də gəzir - Fotolar
Tarix: 14-12-2019 18:20 | Bölmə: Dünya / Xəbərlər
Keçmiş prezident 500 min dollarlıq “Mercedes”də gəzir

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın kortejində yeni avtomobil görünüb.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla bildirir ki, keçmiş dövlət başçısı “Mercedes-Benz S600 Guard W222”nin xüsusi qoruyucu ilə təmin olunan son nəsil istehsalına oturub.

Bir qayda olaraq, belə avtomobil ən yüksək səviyyəli (VR9) ballistik müdafiəsi ilə təchiz olunub, 6 litrlik ikiqat turbo V12-yə, 523 at gücünə malikdir.

Bu nəqliyyat vasitəsinin qiyməti minimum 500 min dollardır. Ekspertlərin fikrincə, Kuçma üçün bu maşını dövlət ayırıb. O, hazırda Donbas münaqişəsinin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunda Kiyevi təmsil edir.

Məlumatda qeyd edilir ki, Ukraynanın keçmiş prezidenti əvvəlki 12 il ərzində zirehli “Mercedes S-Class W221” ilə hərəkət edirdi.

Keçmiş prezident 500 min dollarlıq “Mercedes”də gəzir
Keçmiş prezident 500 min dollarlıq “Mercedes”də gəzir

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}