Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”
Tarix: 16-01-2020 18:06 | Bölmə: Dünya
Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”

“Rusiya prezident respublikası olaraq qalacaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya dövlət başçısı bununla yanaşı parlamentin əhəmiyyətinin artırılacağını bildirib: “Parlamentin hökumətlə əməkdaşlığı gücləndirilir. Parlament daha çox məsuliyyət daşıyacaq. Bu məsuliyyət təkcə nazirlərin və müavinlərinin təyinatı ilə bağlı deyil, hökumətin apardığı siyasətə, gördüyü işə görə olacaq. Fikrimcə, parlamentlə hökumət arasında belə sıx əməkdaşlığa artıq tələbat var”.

Putin ölkə əhalisinin çoxunun Rusiyanın prezident respublikası kimi qalmasında maraqlı olduğuna əmin olduğunu da vurğulayıb: “Prezidentin ciddi səlahiyyətləri, o cümlədən də qanunu pozanları vəzifədən kənarlaşdırmaqla bağlı səlahiyyətləri saxlanılmalıdır. Əks təqdirdə, biz parlamentli respublika istiqamətində gedəcəyik. Fikrimcə, bu, çoxmillətli və böyük ərazimizi nəzərə alsaq, Rusiya üçün sonu bəlli olmayan çox böyük sınaq olardı”.

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər